Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Yelkənli idman və qayıqlar haqqında

Yelkənli idman növünü seçərkən bu sahə haqqında bilməli olduğunuz bir sıra məqamlar var. Qayıqların sinfi, növü və ümumiyyətlə bu idman və onun tarixi haqqında məlumatlı olmağınız sizin üçün müsbət cəhət olar.

İlk yelkənli qayıqlar sərnişin, kuryer və yük daşımaları üçün hazırlanmışdı.16-cı əsrin sonlarından etibarən  Hollandiyada gəzinti üçün nəzərdə tutulmuş yelkənli qaıyqların istehsalı kütləvi hal almağa başladı.

İlk yelkənli qayıq yarışı – reqata 1826-cı ildə “Kaus həftəsi” adı altında 4-cü Georqun rəhbərliyi ilə keçirilib. Bu yarışda əsasən zadəganlar və saray adamları iştirak ediblər.



Qədim misirlilərin papirusdan hazırladığı yelkənli qayıqlardan fərqli olaraq müasir qayıqların yelkəni 3 cür olur:

       1. Qrot – Maçtaya bərkidilmiş böyük yelkən.

       2. Staksel – Maçtanı saxlayan trosa bərkidilmiş kiçik yelkən

       3. Spinaker/qenaker – Küləyin istiqaməti ilə hərəkət edən böyük yüngül yelkən

Yelkənli qayıqların tipləri

Yelkənli qayıqlar gövdələrin sayına, suda müvazinətini saxlama qabiliyyətinə və yelkən quğusuna görə müxtəlif tiplərə bölünür.

Gövdələrin sayına görə yaxtalar da iki yerə bölünür: təkgövdəli, iki və daha çox gövdəli qayıqlar (katamaran, trimaran).

İki və daha çox gövdəli qayıqların sürəti təkgövdəli qayıqlara nisbətən daha  yüksək olur. Amma bu tip qayıqların aşma təhlükəsini də nəzərə almaq lazımdır.

Suda müvazinətini saxlama qabiliyyətinə görə təkgövdəli qayıqlar kil, şvertbot və kompromis kimi tiplərə bölünür.

Kil qayıqları

Qurğuşun və ya çuqundan hazırlanmış falşkil qurğusu kil qayıqlarının müvazinətini təmin edir.

Şvertbot

Bu tip qayıqlarda təkcə yüngül üzən qurğu mövcuddur. Bu qurğuya qaldırıcı üzən qurğu da deyilir və əsas cəhəti onun hidrodinamikliyidir.  Şvertbot müvazinətini heyətin hesabına saxlayır və hərəkət edir. Amma bu tip qayıqların aşma təhlükəsi var.

Kompromis

Gövdədə əlavə ballast nəzərdə tutulub. Müvazinətin saxlanmasını isə şvert qurğusu təmin edir. Kompromisin aşmaq təhlükəsi çox azdır. 

Yelkənli qayıqların təyinatı

Yelkənli qayıqlar tamamilə fərdi olur. Hər bir yelkənçi özünə və tələblərinə uyğun qayıq tapa və ya sifariş edə bilər.

Yelkənli qayıqları 4 əsas kateqoriyaya ayırmaq olar:

Yarış qayıqları - İdman avadanlığı ilə təchiz edilmiş və reqata üçün nəzərdə tutulmuş qayıqlar.

Kruiz qayıqları - Sahilə yaxın yerdə üzmək üçün təyin edilib. Bu qayıqları idarə etmək üçün xüsusi dənizçilik bilikləri tələb olunmur.

Kreyser yaxtaları - Bu tip qayıqlar uzaq səfərlər üçün nəzərdə tutulub. Kreyser qayıqları xüsusi komfortu ilə seçilir.

Kreyser yarış qayıqları - Okean reqataları üçün təyin edilib. Bu qayıqlar yüksək sürətə və hər bir şəraiti olan salona malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır