Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

“Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” kitabı nəşr edilib

ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsi və  Keyfiyyət, Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi departamentinin təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üçüncü nəşri əsasında “Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” kitabı işıq üzü görüb.

Kitabın tərcüməsi və tərtibi “Dənizçilər Poliklinikası” MMC-nin həkimi Adıgözəl Məmmədova məxsusdur.  Nəşrin redaktoru Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin böyük elmi redaktoru Süleyman Əlisa, texniki redaktoru ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Asif Quliyevdir.

Kitabda qeyd olunub ki, dəniz əməyi ilə məşğul olan insanlarda  peşə fəaliyyətindən irəli gələn patoloji problemlərlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə  Şurası  və  Ümumdünya Səhiyyə Assambleyası qətnamələr qəbul edib. Həmin sənədlərdə dənizçilərin səhhətlərinin yaxşılaşdırılması, dənizçilərə ilkin tibbi yardımın göstərilməsinin və  tibb müəssisəsində ixtisaslaşdırılmış müalicələrin şərtləri əsas götürülür.

“Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” kitabına gəmidə ilk tibbi yardımın göstərilməsinin ümumi prinsipləri, huşu özündə olmayan zərərçəkənlər, həyati əhəmiyyətli funksiyaların bərpası: süni nəfəs və ürəyin dolayı masaji, güclü qanaxma, şok, yanıqlar, sınıqlar, çıxıqlar, başın zədələri, partlayışlardan yaranmış zədələnmələr, daxili qanaxma, asfiksiya, sıxılma, neyl-robertson xərəyi, ixtisaslaşmış tibbi yardım göstərilənədək dişlərdəki və ağız boşluğundakı ağrının və rahatsızlığın azaldılması üçün bir neçə tədbirlər, oksigen terapiyası, zəhərlənmə də daxil olmaqla, kimyəvi maddələrlə bağlı təhlükələr kimi müxtəlif bölmələr əlavə edilib.  

Kitabda  respirator pandemiyalar zamanı izolyasiyalı karantin qaydaları haqqında da geniş məlumat verilir.

Bununla belə, nəşrdə “Psixiatriya yardımı haqqında”Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 532 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinın qərarı, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu da daxil edilib.

Kitabın PDF variantı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://asco.az/application/uploads/2020/04/Achiq-sularda-tib.yar_.gos-A4.pdf


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır