Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-30,
Seanews
Heyder Eliyev

ADDA dekan və kafedra müdiri vəzifələrinə vakansiya elan edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) “Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” fakültələrinə “dekan”, “Gəmi elektroavtomatikası” kafedrasına “müdir” vəzifələrinə qəbul olmaq üçün müsabiqə elan edib.

Dekan olmaq istəyən namizədlərin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun elmi ad və dərəcəsi, ən azı 5 il elmi-pedaqoji təcrübəsi və peşə-ixtisas hazırlığı olmalıdır.

Kafedra müdirliyinə namizəddən isə profilə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji təcrübə tələb edilir.

Müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:

-           Kadrlar uçotunun şəxsi vərəqəsi;

-           Tərcümeyi-hal;

-           Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

-           Elmi və elmi-metodiki işlərin siyahısı;

-           Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması

Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə ADDA-nın əsas binasına (Bakı şəhəri, akademik Zərifə Əliyeva küçəsi 18) təqdim edilməlidir. Sənədlərin təqdim olunması üçün son tarix 18 sentyabr 2022-ci ildir.

Əlaqə telefonu: 404 37 00 (daxili 3220)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır