Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-31,
Seanews
Heyder Eliyev

Təlimlər sentyabrın 17-dək davam edəcək

Yaponiya və Hindistan arasında Tokioda keçirilən “2+2” formatında görüşdən bir həftə sonra hər iki ölkənin hərbi-dəniz qüvvələri Hind-Sakit okean regionunda birlikdə təlimlər keçirir.

“Kyodo” agentliyinin məlumatına görə, bir həftə davam edəcək təlimlərə Yaponiyanın “Izumo” helikopter daşıyan gəmisi və “Takanami” esminesi, Hindistanın “Sahyadri” freqatı və “Ranvijay” esminesi də qoşulub.

Yaponiya hərbi-dəniz qüvvələrinin qərargah rəisi, admiral Ryo Sakai bildirib ki, təlimlər azad və açıq Hind-Sakit okean regionunun reallaşmasına mühüm təkan verə bilər.

Sentyabrın 17-dək davam edəcək təlimlərdə havadan və dənizdən hücumun qarşısının alınması, həmçinin atəş təlimləri nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır