Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-31,
Seanews
Heyder Eliyev

ADDA-da yeni tədris ili şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başladı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) yeni 2022/2023-cü tədris ilinin ilk dərs günü başlayıb.

 İlk dərs günündə ADDA tələbələri Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçularımızın xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 1-ci ixtisas qrupu üçün keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən 200 abituriyent ADDA tələbəsi adını qazana bilib.

Qəbul olunanların 150 nəfəri dövlət sifarişi, 50 nəfər ödənişli əsaslarla təhsil alacaq.

Bu il Akademiya üzrə maksimal bal göstəricisi 616,4, minimal bal göstəricisi 251,9 olub. Ümumilikdə, qəbul olanların iki nəfəri 600-dən çox, 13 nəfəri 500-599, 60 nəfəri 400-500, 111 nəfəri 300-400, 14 nəfəri isə 251-300 aralığında bal toplayıb.

ADDA-da ingilis dilində tədris almaq hüququ qazanan “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasları tələbələrinin hamısı dövlət sifarişi əsasında oxuyacaq.

Qeyd edək ki, Dəniz Akademiyası hazırda Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının üzvüdür. Diplomu Beynəlxalq Dəniz Təşkilatının üzvü olan bütün ölkələrdə tanınır.

Ali təhsil müəssisəsində bakalavr pilləsi üzrə dörd – “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasları üzrə tədris aparılır.

Dərslər ixtisaslaşdırılmış otaqlarda və xüsusi trenajorlarda keçirilir. Tələbələr Akademiyanın Təlim Tədris Mərkəzində də biliklərini inkişaf etdirə bilirlər.

Burada təhsil alanlar pulsuz geyim forması, dərs vəsaiti, gündə iki dəfə yeməklə təmin olunurlar. Şəhərin mərkəzində yerləşən yataqxana isə güzəştli şərtlərlə verilir.

Qəbul imtahanlarında 550 və yuxarı bal toplayan tələbələr 1-ci kursun ilk semestrində, sonradan tədris vaxtı imtahan sessiyasından 91-100 bal aralığında nəticə göstərən tələbələr dövlət təqaüdü ilə yanaşı, ASCO-nun xüsusi təqaüdünü alırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır