Amerikalı mühəndis-ixtiraçı Robert Fultonun yaratdığı ilk buxar mühərrikli gəmi - FOTOLAR
Bu gün buxar gəmisinin rəsmi yaranma tarixidir.
11 fevral 1809-cu ildə amerikalı mühəndis-ixtiraçı Robert Fulton yaratdığı buxar mühərrikli gəmini patentləşdirib. O, hələ 1803-cü ildə Sena çayında özünün belə bir gəmisini sınaqdan keçirmişdi.
1807-ci ildə isə Fultonun “Klermont” (əvvəlcə «North River Steamboat») buxar gəmisi ilk səfərə çıxıb: Hudzon çayı ilə Nyu-Yorkdan Olbani şəhərinədək məsafəni saatda təxminən 9 km sürətlə hərəkət edərək qət edib.
Səfərin nəticələrini qiymətləndirən Fulton öz dostuna yazırdı: "Mən bütün qayıqları və şxunları ötüb keçirdim, sanki onların hamısı lövbərdə dayanmışdı. İndi gəmiləri hərəkətə gətirmək üçün buxar gücünün uyğunluğu tam sübut edilmişdir”.
Rudolf Fulton konstruksiyada bəzi təkmilləşdirmə işləri apardıqdan sonra buxar gəmisinin Hudzon çayı ilə daimi reyslərini təşkil edib. 1914-cü ildə isə ixtiraçının ”Demoloqo” hərbi buxar gəmisi istismara verilib.
Sevda Abdullayeva - İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi