Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ASCO-nun gəmilərindən biri Azərbaycanın şair, rəssam və xeyriyyəçi xanımının adını daşıyır 

Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub.

XX əsr Azərbaycan ədəbi mühitinin görkəmli şairələrindən biridir. Lakin onun yaradıcılığı təkcə şeirlə bitmir. Natəvan rəssamlıq, nəfis əl işləri, tikmələrlə də məşğul olub. Bununla belə, o, xeyirxahlığı ilə də tanınıb.

Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir. O, ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir.

Adı küçə, klub, kitabxana və məktəbə verilib. ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına aid gəmilərdən biri də Xan qızının adını daşıyır. “Natəvan” gəmisi hazırda xarici sularda Azərbaycan bayrağı altında yükdaşımlarla məşğuldur. Gəmi 5200 ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 108, eni 16,74 metridir.

Qeyd edək ki, “Natəvan” gəmisi uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə ASCO-nun Xəzərdənkənar sularda fəaliyyətini bərpa etdiyi iki gəmidən biri olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır