Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Müdafiə Nazirliyinin rəhbərliyi MİQ-29-un və onun pilotunun axtarışlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğradığı ilk gündən pilotun nəşi və təyyarənin qalıqlarının axtarışlarında fəal iştirak edən aidiyyəti qurumların nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, axtarış əməliyyatlarına Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ilə birgə Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları və katerləri,  "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin  (ASCO) “Vaqif Cəfərov” kran,  “Nefteqaz-58” təchizat-yedək, “Məmməd Süleymanov” elmi-tədqiqat gəmilərinin heyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dalğıcları cəlb olunmuşdular.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır