Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

20 noyabr faciəsi qurbanlarının xatirəsi dənizçilər tərəfindən də həmişə uca tutulur

20 noyabr faciəsi qurbanlarının xatirəsi dənizçilər tərəfindən də həmişə uca tutulur.

Düz  27 il əvvəl bu gün – 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vurulub. Həmin gündən sonra 20 noyabr günü azərbaycanlıların yaddaşında “Qarakənd faciəsi” kimi qalıb.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Vertolyotda həlak olanların tam siyahısını təqdim edirik.

— Tofiq Kazım oğlu İsmayılov — Dövlət katibi

— İsmət İsmayıl oğlu Qayıbov — Baş prokuror

— Məhəmməd Nəbi oğlu Əsədov— Dövlət müşaviri

— Zülfi Saleh oğlu Hacıyev — Baş nazirin müavini

— Vaqif Cəfər oğlu Cəfərov — Millət vəkili

— Vəli Hüseyn oğlu Məmmədov — Millət vəkili

— Osman Mirzə Hüseyn oğlu Mirzəyev — Prezident Aparatında şöbə müdiri

— Qurban Hüseyn oğlu Namazəliyev — Nazir müavini

— İqor Aleksandroviç Plavski — DQMV-nin prokuroru

— Vladimir Vladimiroviç Kovalyov — DQMV Daxili İşlər İdarəsinin rəisi

— Sergey Semyonoviç İvanov — Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi

— Nikolay Vladimiroviç Jinkin — Fövqəladə vəziyyət rayonunun komendantı

— Sanlal Dasumoviç Serikov — Qazaxıstan DİN-in müavini

— Mixail Dmitriyeviç Lukaşov — Milis general-mayoru

— Oleq Nikolayeviç Koçerev — Polkovnik-leytenant

— Rafiq Məmməd oğlu Məmmədov — dövlət katibinin köməkçisi

— Alı Mustafa oğlu Mustafayev — Telejurnalist

— Arif İsmayıl oğlu Hüseynzadə — AZTV-də işıqçı

— Fəxrəddin İbrahim oğlu Şahbazov — Video-operator

— Vyaçeslav Vladimiroviç Kotov — vertolyot heyətinin komandiri

— Gennadi Vladimiroviç Domov — Vertolyot heyətinin üzvü

— Dmitri Borisoviç Yarovenko - Vertolyot heyətinin üzvü

20 noyabr faciəsi qurbanlarının xatirəsi dənizçilər tərəfindən də həmişə uca tutulur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus altı gəmi Qarakənd faciəsi şəhidlərinin adını daşıyır. Bunlar  “Vaqif Cəfərov”, “General Əsədov”, “İsmət Qayıbov”, “Alı Mustafayev”, “Akademik Tofiq İsmayılov”, “Zülfi Hacıyev” gəmiləridir.

Həmin gəmilərin fotolarını təqdim edirik.

“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi  

“General İsmət Qayıbov” tankeri

“General Əsədov” sərnişin gəmisi

 “Zülfi Hacıyev” kran gəmisi

 

“Vaqif Cəfərov” kran  gəmisi

“Alı Mustafayev” tankeri


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır