Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ASCO-nun xarici sularda üzən gəmilərində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus xarici sularda üzən “Qafur Məmmədov”, “Maestro Niyazi”, “Şair Sabir” və “Şair Vaqif” gəmilərində heyət üzlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda qeyd olunub ki, 20 Yanvar hadisəsi Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, sovet imperiyası rəhbərlərinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə etiraz əlaməti olaraq küçələrə çıxan dinc əhaliyə divan tutmaq məqsədilə törədilib, lakin qətliam xalqımızın mübarizə əzmini qıra bilməyib.

Bununla belə, toplantıda başımıza gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin göstərdiyi səylərdən də ətraflı söz açılıb. Bildirilib ki, məhz faciəyə ilk münasibət və  siyasi-hüquqi qiymət Ulu Öndər tərəfindən verilib.

Tədbir iştirakçıları onu da vurğulayıb ki, hadisə zamanı dənizçilər  də əsl fədakarlıq və qəhrəmanlıq nümayiş etdiriblər.

Xarici sularda Azərbaycan bayrağı altında üzən gəmilərin heyət üzvləri bildiriblər ki, 20 Yanvar faciəsi azadlıq mübarizəmizin şanlı səhifəsi kimi yaddaşlardan heç vaxt silinməyəcək. Bununla belə, dənizçilər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tezliklə tam təmin olunacağına əminlik ifadə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır