Ömrünün 43 ilini dənizçiliyə həsr edən kapitan Əbülfəz Əliyev vəfat edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) ağır itki baş verib. ASCO-nun Xəzər Dəniz Neft Donanmasının balansında olan “Əli Əmirov” geoloji kəşfiyyat gəmisinin kapitanı Əbülfəz Əliyev vəfat edib.
Əbülfəz Əliyev 1960-cı il iyunun 12-də Astarada anadan olub. O, ömrünün 43 ilini dənizçilik sahəsinə həsr edib. Əmək fəaliyyətinə Gəmi Təmiri Zavodunda başlayan Əbülfəz Əliyev daha sonra “Çeleken-2” gəmisində I dərəcəli matros kimi işini davam edirib. Pillə-pillə kapitan vəzifəsinədək yüksələn dənizdə 1990-cı ildə “Atlet-5” gəmisinin sükanı arxasına keçib. Ömrünün son üç ilində isə “Əli Əmirov” geoloji kəşfiyyat gəmisinin kapitanı kimi çalışıb.
Əbülfəz Əliyev mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.
Allah rəhmət eləsin!