Bibiheybət buxtası - FOTOLAR
Dünyanın ilk neft quyusu Bibiheybətdə qazıldığı üçün neft qurğuları da bütün yerlərə nisbətən daha tez burada quruldu.
Dənizin dibindən neft çıxarmaq üçün buxtanı qurutmaq lazım idi. 1901-ci ildə Bibiheybət buxtasını qurutma qərarı verildi.
%201910-11-ci%20iller.%20Bibiheybet%20buxtasini%20qurutmaq%20ucun%20yaradilmish%20muhendis%20qrupu.%20Sagdan%20birinci%20Pavel%20Pototski.jpg)
1910-1911-ci illər. Bibiheybət buxtasını qurutmaq üçün yaradılmış mühəndis qrupu
Polşalı mühəndis Pavel Nikolayeviç Pototski buxtanın doldurulmasına rəhbərlik edirdi. 1918-ci ilə qədər buxta sahəsinin yalnız yarısı dolduruldu, bununla ümumi işin 70% -i tamamlandı.
%201911-ci%20il.%20Buxtanin%20yaridan%20coxu%20artiq%20qurudulub.jpg)
1911-ci il. Artıq buxtanın yarıdan çoxu qurudulub
Bundan sonra işlər dayandırıldı və unuduldu. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra layihə bərpa edildi.
%201920-ci%20il.%20Sovet%20Azerbaycaninda%20buxtanin%20qurudulmasi%20ishleri%20davam%20etdirilir.jpg)
1920-ci il. Sovet Azərbaycanında buxtanın qurudulması işləri davam etdirilir
1923-cü il fevralın 18-də 17 saylı qurğuda, 460 metr dərinlikdən neft fontan vurdu. Bununla da Xəzərin dibindəki neft yataqlarının kəşf edilməsinə start verildi.
%201954-cu%20il%20neft%20yatagi.jpg)
1954-cü il Neft yatağı

