Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-20,
Seanews
Heyder Eliyev

Livan və İsrail dəniz sərhədinin demarkasiyası ilə bağlı razılığa gəliblər

Livan və İsrail ABŞ-ın vasitəçiliyi ilə uzun illər davam edən danışıqlardan sonra mübahisəli dəniz sərhədlərinin demarkasiyası ilə bağlı tarixi razılığa gəliblər.

Bu barədə İsrailin Baş naziri Yair Lapid çərşənbə axşamı “Reuters”-ə məlumat verib.

Yair Lapid açıqlamasında  deyib ki, "Bu, İsrailin təhlükəsizliyini gücləndirəcək, İsrail iqtisadiyyatına milyardlarla sərmayə yatırmağa imkan verəcək və şimal sərhədimizin sabitliyini təmin edəcək tarixi nailiyyətdir."

Livan prezidenti Mişel Aun sazişin son variantının onun ölkəsini qane etdiyini dilə gətirib. O, sövdələşmənin mümkün qədər tez elan ediləcəyinə ümid etdiyini bildirib.

Razılaşma Aralıq dənizinin şərqində Livanın təbii qaz kəşfiyyatı aparmaq niyyətində olduğu rayonda ərazi mübahisəsinə son qoyacaq.  İsrail artıq yaxınlıqdakı yataqlardan təbii qaz hasil edir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır