Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-20,
Seanews
Heyder Eliyev

Layihə köməkçi enerji blokunun yaradılmasını və LNG gəmisində sınaqdan keçirilməsini nəzərdə tutur

“Shell International Trading and Shipping Company Ltd.” (“Shell”) şirkəti “Korea Shipbuilding & Offshore Engineering Co” (“KSOE2), “HyAxiom Inc.”, “Doosan Fuel Cell Co., LTD” (“DFCC”), “JP Morgan Asset Management” şirkətlərindən və “DNV təsnifat cəmiyyətindən ibarət konsorsium ilə müqavilə imzalayıb.

“Seanews.az”ın məlumatına görə, “Shell”-in rəhbərlik etdiyi konsorsium bərk oksid yanacaq elementindən (“SOFC APU”) gəmiçilik sektorunda istifadə üçün texnologiya işləyib hazırlayacaq.

Konsorsium 600 kVt gücündə bərk oksid yanacaq elementinin (SOFC APU) köməkçi enerji blokunun layihələndirilməsi, istehsalı və quraşdırılmasını planlaşdırır. Qurğu “Shell” tərəfindən icarəyə götürüləcək LNG gəmisində sınaqdan keçiriləcək. Layihə üzrə davam edən texniki-iqtisadi əsaslandırmanın nəticələrindən asılı olaraq sınaqların 2025-ci ildə keçirilməsi planlaşdırılır.

Konsorsiumun hər bir üzvü müəyyən bir iş sahəsinə görə məsuliyyət daşıyacaq. “HyAxiom” və “DFCC” şirkətləri “SOFC APU” güc qurğusunu təmin edəcək; “KSOE” texnologiyadan istifadə etməklə yanaşı, sistem inteqratoru kimi çıxış edəcək; “DNV” texniki və təhlükəsizlik ekspertizası təmin edəcək; “Shell” gəmini icarəyə götürəcək və tərəfdaşlarla əlaqələndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır