Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-20,
Seanews
Heyder Eliyev

Belçika və İsveç limanları arasında “yaşıl” nəqliyyat dəhlizi yaradılacaq

“Geteborg” və “North Sea Port” limanları daşımaları ekoloji təmiz yanacaqla həyata keçirən gəmilərdən daha az liman yığımı alacaq.

“Seanews.az” xəbər verir ki, liman rəhbərləri artıq bununla bağlı razılığa gəliblər. Məqsəd marşrut üzrə yalnız alternativ yanacaq növündən istifadə edən gəmilər üçün 2025-ci ilədək “yaşıl” dəhlizin yaradılmasıdır.

Hesab olunur ki, marşrutun əhəmiyyəti və daşınan yüklərin həcmi getdikcə artsa da, təmiz yanacaqdan istifadə ətraf mühitə ziyanı azaldacaq.

Qeyd edək ki, 90-cı illərdən bu limanlar arasında həyata keçirilən yükdaşımalar Mərkəzi Avropa ilə Skandinaviyanın ticarət əlaqələrində mühüm rol oynayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır