Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-20,
Seanews
Heyder Eliyev

Daha 4 gəmi “taxıl dəhlizi” vasitəsilə Ukrayna limanlarından yola düşüb

“Taxıl razılaşması”-nın həyata keçirilməsi çərçivəsində oktyabrın 16-da Odessa və Cənub limanlarından 4 quru yük daşıyan balker yola düşüb.

Bu barədə Ukraynanın İnfrastrukrur Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Gəmilərin göyərtəsində Afrika, Asiya və Avropa ölkələri üçün nəzərdə tutulan 140 min tonluq kənd təsərrüfatı məhsulu aparılır.

Onlardan biri – “Eaubonne balkeri” Keniyaya 53,3 min ton buğda ilə yola çıxıb. Bu, “Super Henry” gəmisindən sonra  sözügedən itiqamətə gedən ikinci balkerdir.”Super Henry” göyərtəsindəki 51,4 min ton buğda ilə 16 oktyabrdan Keniyanın Mombasa limanında yükboşaltma üçün gözləyir.

Qeyd edək ki, razılaşmanın əldə olunduğu vaxtdan indiyədək  gəmilər vasitəsilə Afrika ölkələrinə 1,1 milyon ton yük çatdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır