Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Futbol turnirinin ikinci mərhələsində ASCO MİDA komandasını məğlub etdi 

52 dövlət qurumunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri davam edir.
 
Turnir çərçivəsində noyabrın 27-də ASCO-nun komandası MİDA nümayəmdələri ilə üz-üzə gəlib. Dənizçilər 8 :0 hesabı ilə rəqiblərini məğlub ediblər. Bu artıq ASCO-nun turnir çərçivəsində ikinci qələbəsidir. Bundan əvvəl dənizçilər "Azəristilik" təmsilçilərinə qalib gəlmişdilər.
 
Komandamızı qələbə münasibətilə təbrik edir, növbəti oyunlarda da uğurlar arzulayırıq.
 
Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə dövlət qurumları arasında təşkil etdiyi yarış 2023-cü il mayın 6-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır