Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“MOL” iki kruiz gəmisi inşa edəcək

Yaponiyanın “Mitsui O.S.K. lines, ltd. ” (“MOL”) gəmiçilik şirkətinin Direktorlar Şurası 2022-ci il noyabrın 25-də iki yeni kruiz gəmisi inşa etmək planını təsdiqləyib.

“Seanews.az”-ın məlumatına görə, Yaponiya bayrağı altında üzəcək hər iki gəmi 35 min ton yükgötürmə qabiliyyətinə malik olacaq. Layihənin ümumi dəyəri təxminən 100 milyard yen (700 milyon dollardan çox) təşkil edəcək.

Sifarişin hansı tərsanəyə veriləcəyi ilə bağlı qərar hələ qəbul olunmayıb. Amma, ilk gəminin 2027-ci ildə istismara verilməsi nəzərdə tutulur. Gəmilər “MOL” və ya onun törəmə şirkətlərindən birinə məxsus olacaq. Gəmiləri “Mitsui O.S.K. Passenger Line, Ltd.” şirkəti idarə edəcək.

Kruiz gəmilərinin inşası qərarı şirkətin gəmiçilik biznesini diversifikasiya etmək və dəniz kruizlərinə daxili və beynəlxalq tələbatı ödəmək planlarının bir hissəsi kimi qəbul edilib.

Qeyd edək ki,  “Tokyo Mitsui O.S.K. lines, ltd.” şirkətinin donanmasına ümumi dedveyti 50,8 milyon ton olan müxtəlif təyinatlı 698 gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır