Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

“Xaibar” suya buraxılıb

Türkiyədə Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “Xaibar” korveti suya buraxılıb.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və digər rəsmi şəxslər iştirak ediblər.

Türkiyənin dövlət başçısı  çıxışında xüsusi ilə vurğulayıb ki, müdafiə məhsullarının çoxu ölkədə hazırlanır və Pakistan kimi dost və qardaş ölkələrə də verir.

“Biz qardaş Pakistanın müdafiə infrastrukturunun gücləndirilməsinə hər cür töhfəmizi veririk. Bu anlayışla 2018-ci ildə imzaladığımız “MİLGƏM” (Milli Gəmi) korvet layihəsi ilə müdafiə sənayesi əməkdaşlığımızda mühüm mərhələni keçdik”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

“MİLGƏM” proqramı çərçivəsində Pakistan üçün ümumilikdə 4 gəminin tikintisi nəzərdə tutulur. Bu gəmilərin ikisi Türkiyədə, ikisi isə Pakistanda inşa ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır