Təcrübəli gəmi kapitanı vəfat edib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) təcrübəli uzaq səfərlər kapitanı Zakir Balaşov 64 yaşında vəfat edib.
O, 1958-ci ildə Cəlilabad rayonunda anadan olub. Ömrünün böyük hissəsini dənizçiliyə həsr edən Zakir Balaşov 1976-cı ildə hazırkı Azərbaycan Dövlət Dəniz Akademiyasını müvəffəqiyyətlə başa vurub. Əmək fəaliyyətinə də elə həmin illərdən matros vəzifəsi ilə başlayan Zakir Balaşov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus müxtəlif tanker və quru yük gəmilərində uzaq səfərlər kapitanı vəzifəsində çalışıb.
Müxtəlif illərdə ASCO-ya məxsus “Şuşa”, “Zəngilan” tankerlərində fəaliyyət göstərib.
Zakir Balaşov həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qala bilib. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.
ASCO rəhbərliyi və kollektivi adından Zakir Balaşovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.


