Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Uzaq səfərlər kapitanı Çingiz Həsənov vəfat edib

Uzun illər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışan uzaq səfərlər kapitanı Çingiz Əlican oğlu Həsənov 63 yaşında vəfat edib.

Çingiz Həsənov  25 fevral 1959-cu ildə Xudatda anadan olub.

O, 1978-ci ildə Bakı Dəniz Yolları Məktəbinin “dəniz-gəmi sürücülüyü” ixtisasını bitirib.

30 yanvar 1979-cu ildən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində matros kimi əmək fəaliyyətinə başlayıb. Həm Xəzər dənizində, həm də Xəzərdənkənar sularda işləyən Çingiz Həsənov kapitanlığa kimi yüksəlməyi bacarıb.

O, 1 fevral 2011-ci ildə səhhəti ilə əlaqədar işindən ayrılıb.

Çingiz Həsənov həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qalıb. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından Çingiz Həsənovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır