Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-22,
Seanews
Heyder Eliyev

“Trafigura” növbəti 4 il ərzində əhəmiyyətli həcmdə qaz və LNG tədarük etməyi öhdəsinə götürüb

Dünyanın əmtəə bazarının liderlərindən biri olan “Trafigura” şirkəti  “Deutsche Bank” və başqa bir beynəlxalq bankın birgə təşkil etdiyi və zəmanət verdiyi 3 milyard dollarlıq kredit alıb.

“Seanews.az”ın məlumatına görə, kredit “Trafigura”-nın növbəti 4 il ərzində Avropa qaz şəbəkəsinə əhəmiyyətli həcmdə qaz tədarük etmək üzrə yeni öhdəliyini dəstəkləyəcək. “Trafigura” qazı Almaniya hökuməti tərəfindən bu yaxınlarda yenidən kapitallaşdırılan “Securing Energy for Europe” (“SEFE”) şirkəti ilə təmin edəcək. İlk çatdırılma 1 noyabr 2022-ci ildə baş tutdu.  “SEFE” qaz və LNG təchizatı baxımından “Trafigura” üçün prioritet olacaq.

1993-cü ildə əsası qoyulan Sinqapurun “Trafigura Group”-u müxtəlif xammal məhsulları (o cümlədən neft və neft məhsulları, metallar və minerallar) istehsal edir, saxlayır, nəql edir və beynəlxalq bazara tədarük edir. Qrupun dünyanın 48 ölkəsində 8,5 min işçisi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır