Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-22,
Seanews
Heyder Eliyev

“K Line”-nin inkişafına təxminən 3,8 milyard dollar sərmayə qoyulacaq

Yaponiyanın “K Line” gəmiçilik şirkəti növbəti beş il ərzində inkişafa təxminən 3,8 milyard dollar (520 milyard yen) sərmayə qoymağı planlaşdırır. O cümlədən, 2026-cı ilə qədər 19 alternativ yanacaq gəmisi inşa ediləcək.

“Seanews.az”ın məlumatına görə, investisiya proqramı ekoloji təmiz texnologiyaların tətbiqinə yönəldiləcək. Vəsaitin təxminən 80%-i yük gəmilərinin, avtomobil daşıyıcılarının və LNG tankerlərin payına düşəcək.

“2022-ci ilin may ayında elan etdiyimiz orta müddətli inkişaf planına uyğun olaraq, “K Line Group” indi aşağı karbonlu və karbonsuz iqtisadiyyata keçidi asanlaşdırmaq üçün mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş neft qazı (LPG) gəmilərinin istismara verilməsini sürətləndirir. Bununla belə, biz sıfır istixana qazı emissiyalarına nail olmaq üçün ammiakın həyati yanacağa çevriləcəyini gözləyirik. Beynəlxalq Enerji Agentliyi dünya üzrə sıfır emissiyaya nail olmaqla bağlı gələcək proqnozlarını açıqlayıb. 2050-ci ilə qədər gəmilərin təxminən 80%-i alternativ yanacağa keçəcək, ammonyak qeyd olunan gəmilərin təxminən 46%-ni təşkil edəcək”, - deyə “K Line” şirkətinin icraçı direktoru Toyohisa Nakano şərhində bildirib.

Qeyd edək ki, ammonyakla işləyən ilk gəmi mühərrikləri 2024-cü ildə peyda olmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır