Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-22,
Seanews
Heyder Eliyev

Neftlə dolu yeganə Rusiya tankeri Bosfor boğazından keçib

Digər gəmilərlə boğazda növbəyə duran Rusiyanın “Volqotrans 2701” tankeri Bosforu keçərək Mərmərə dənizinə daxil olub.

“Seanews.az” “korabel.ru”-ya istinadən bildirir ki, gəmi Türkiyənin Tekirdağ limanına yan alacaq.

Türkiyənin Nəqliyyat Nazirliyi tankerin keçidi barədə bir gün əvvəl məlumat vermişdi.

Dekabrın əvvəlində isə Bosfor və Çanaqqala boğazlarında neftlə dolu tankerlərdən ibarət növbənin yarandığı bildirilirdi. Bu, Aİ ölkələrinin Rusiya neftinin yuxarı qiymət həddinə dair razılaşması fonunda baş verdi. Türkiyə isə tankerlərin sığorta sənədlərini tələb edir.

Bundan sonra ABŞ-ın Maliyyə Nazirliyi vurğuladı ki, qiymətlərin yuxarı həddinin tətbiqi Türkiyə boğazlarında tankerlərin əlavə yoxlanılmasını tələb etmir, çünki məhdudiyyət yalnız neftin Rusiya tədarükünə aiddir. “Bloomberg” yazıb ki, növbəyə duran tankerlərin əksəriyyəti Qazaxıstandandır və onlardan yalnız birində 1 milyon barrel Rusiyanın “Urals” nefti var və o, Hindistana gedir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır