Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-22,
Seanews
Heyder Eliyev

Qocaman dənizçi Şamil Novruzov vəfat edib

ASCO ailəsinə itki üz verib. 83 illik həyatının 61 ilini dənizə və Gəmiçiliyə həsr etmiş qocaman dənizçi Şamil Novruzov vəfat edib.

Əmək fəaliyyətinə elektrik mexaniki kimi başlayan Şamil müəllim Nəqliyyat Donanmasının müxtəlif gəmilərində çalışıb.

Yüksəkixtisaslı mütəxəssis Şamil Novruzov sonralar məsləhətçi elektrik mexaniki, Donanmanın texniki istismar xidmətinin rəis müavini və rəisi vəzifələrində işləyib.

O, dərin biliyini və topladığı zəngin təcrübəni gənc nəslə ötürmək məqsədi ilə bir müddət Azərbaycan Dövlət Dəniz Akademiyasında müəllim fəaliyyəti ilə də məşğul olub.

Şamil Novruzov dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə 2014-cü ildə “Tərəqqi” medalına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

O həmçinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalı, “Dəniz Donanmasının Fəxri İşçisi” döş nişanı ilə də təltif edilib.

Şamil Novruzov işinin vurğunu, savadlı mütəxəssis və səmimi insan kimi həmkarlarının  xoş xatirələrində daim yaşayacaq.

Allah rəhmət etsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır