Futbol turnirində dənizçilər bu dəfə dəmiryolçulara qalib gəliblər
52 dövlət qurumunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri davam edir.
Turnir çərçivəsində bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) komandası "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) nümayəndələri ilə üz-üzə gəlib. Dənizçilər 3:2 hesabı ilə dəmiryolçuları məğlub ediblər.
Bu artıq ASCO-nun turnir çərçivəsində üçüncü qələbəsidir.
Komandamızı qələbə münasibətilə təbrik edir, növbəti oyunlarda da uğurlar arzulayırıq.
Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə dövlət qurumları arasında təşkil etdiyi yarış 2023-cü il mayın 6-dək davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


