Polşanın yeni qazdaşıyan gəmilərindən biri Lex Kaçinskinin adını daşıyacaq
Polşanın “PKN Orlen” şirkəti Cənubi Koreyadan iki yeni qazdaşıyan gəmi alıb.
“Seanews.az” xəbər verir ki, uzunluğu 300 metr, tutumu 174 min kub.m olan hər iki gəmi Norveçin Knutsen şirkətinin idarəetməsinə veriləcək. Gəmilər ABŞ-dan qazın nəqli üçün istifadə olunacaq.
Gəmilərdən biri Polşanın mərhum prezidenti Lex Kaçinskinin adını daşıyacaq.
Qeyd edək ki, Polşa ümumilikdə 8 belə gəmi sifariş edib. Növbəti iki gəmi 2024, qalanları isə 2025-ci ildə təhvil veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


