Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-22,
Seanews
Heyder Eliyev

Süveyş kanalı xarici investisiyaların cəlbi üçün fond yaradır

Süveyş kanalının inkişafı üçün xarici investisiyaların cəlb edilməsi məqsədilə fond yaradılacaq.

“Seanews.az” “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə Süveyş Kanalı Administrasiyasının (SCA) İdarə Heyətinin sədri Usama Rabiə deyib.

“Süveyş Kanalı xarici investisiya üçün açıqdır. Amma xarici investorlar nə Kanal, nə də Fond üzərində nəzarət əldə edə biləcək.”- deyə o, mətbuat konfransında bildirib.

Bundan əvvəl Misir parlamentində fondun yaradılması məqsədilə qanuna dəyişiklik müzakirə edilib. Bu müzakirələr Süveyş kanalından müəyyən payın xarici investorlara satılacağı ilə bağlı şaiyələrin yaranmasına səbəb olub.

Fondun yaradılması bir neçə ildir ki, gündəmdədir. Məqsəd xarici investorları müəyyən layihələrdə və mümkün böhran vəziyyətlərinin aradan qaldırılmasına cəlb etməkdir. Fond müstəqil təşkilat olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır