“Samsung Heavy Industries” 9,4 milyard dollar dəyərində gəmi tikintisi sifarişi alıb
“Hyundai Heavy Industries Group”-un gəmiqayırma holdinqi olan “Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) Omanın “Asyad Shipping” şirkəti ilə iki LNG gəmisinin tikintisinə dair müqavilə imzalayıb.
“Seanews.az”-ın məlumatına görə, sövdələşmənin dəyəri 500,8 milyon dollardır. Gəmilərin istismara verilməsi 2026-cı ilin birinci yarısına planlaşdırılır.
Koreyanın “Pulse” nəşri yazır: “Son razılaşma ilə “KSOE” 197 gəmi, o cümlədən 94 konteyner gəmisi və 44 LNG tankeri olmaqla, 197 gəmi üçün ümumilikdə 23,95 milyard dollar dəyərində sifariş alıb. Cari il üçün illik hədəf isə 17,44 milyard dollarlıq sifariş olub.
Həmçinin “Samsung Heavy Industries” keçən həftə dənizdə istehsal obyekti tikmək üçün adı açıqlanmayan Asiya şirkəti ilə 1,5 milyard dollarlıq müqavilə bağlayıb. Əməliyyatın dəyəri 2021-ci ildə illik gəlirin 29,6%-nə bərabərdir. Yanvarın 2-də başlanacaq tikinti 2027-ci ilin avqustunda başa çatdırılacaq.
Ümumilikdə, “Samsung Heavy Industries” 2022-ci ildə 9,4 milyard dollar dəyərində 49 gəmi tikintisi sifarişi alıb.


