LNG zavodu gələn ilin yanvar ayının ikinci yarısında işə salınacaq
ABŞ-ın “Freeport LNG” mayeləşdirilmiş təbii qaz zavodunun yenidən işə salınması gələn ilin əvvəlinədək təxirə salır.
"Tənzimləyicilərin şirkətin cavablarını nəzərdən keçirməsi və lazımi dəqiqləşdirmələrin əldə olunması üçün zəruri olan vaxtı nəzərə alaraq, “Freeport LNG” mayeləşdirmiş təbii qaz qurğusunu 2023-cü ilin yanvar ayının ikinci yarısına qədər işə salmağı planlaşdırmır", - deyə şirkətin məlumatında bildirilir.
Bununla belə, ilkin istismara verilməsi üçün mühüm olan yenidənqurma işləri yekunlaşıb.
Xatırladaq ki, 2022-ci il iyunun 8-də boru kəmərində LNG sızması və onun alışması nəticəsində zavodda yanğın baş vermişdi.
“Freeport LNG” baş ofisi Hyustonda (Texas ştatı) yerləşən LNG ixracat şirkətidir. İldə 15 milyon ton mayeləşdirilmiş təbii qaz gücünə malikdir. Üç xəttli LNG zavodu dünyada yeddinci, ABŞ-da isə ikinci ən böyük müəssisədir.
“Seanews.az”


