“Hyundai Heavy Industries” adını dəyişib
Cənubi Koreyanın “Hyundai Heavy Industries” gəmiqayırma zavodu adını dəyişib və bundan sonra ”HD Hyundai” adı altında fəaliyyət göstərəcək.
“Seanews.az”ın məlumatına görə, şirkətin 50 illik yubileyinə təsadüf edən ad dəyişdirmə mərasimində “HD Hyundai” rəhbərliyi gələcək illər üçün biznes baxışlarını da açıqlayıb. Bunlar texnoloji yeniliklər, dekarbonizasiya və rəqəmsallaşmadır.
“HD Hyundai” pilotsuz texnologiya və digər qabaqcıl rəqəmsal həllərdən istifadə etməklə ekoloji cəhətdən təmiz gəmilər, o cümlədən elektrik gəmiləri inşa edəcəyini söyləyib. Şirkət hidrogen və bioyanacaqlara yönəlmiş dayanıqlı enerjiyə keçidi sürətləndirməyə sadiqdir", - “Pulse” nəşri yazır.
Bunu dəstəkləmək üçün “HD Hyundai” 2026-cı ilə qədər yaşıl və rəqəmsal həllərə 16,57 milyard dollar sərmayə qoymağı planlaşdırır.
“HD Hyundai”, öz növbəsində “Hyundai Heavy Industries”, “Hyundai Samho Heavy Industries” və “Hyundai Mipo Dockyard” gəmiqayırma zavodlarına nəzarət edən “Korea Shipbuilding and Offshore Engineering”-in (“KSOE”) ana şirkətidir.


