Hamina Kotka limanında 574,6 min TEU işlənib
2022-ci ilin 11 ayı ərzində Finlandiyanın üç ən böyük konteyner limanının ümumi konteyner dövriyyəsi 1,2 milyon TEU təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.
“Seanews.az”ın məlumatına görə, hesabat dövründə Hamina Kotka limanında bir il əvvəlkindən 5,2% çox - 574,6 min TEU işlənib.
Cari ilin 11 ayı ərzində Helsinki körpülərindən 454,3 min TEU keçib ki, bu da 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,5% çoxdur.
Rauma ötən ilin 11 ayı ilə müqayisədə 3,2% az olmaqla 188,3 min TEU işləyib.
Bu ilin noyabr ayında üç liman ümumilikdə 121,2 min TEU aşırıb.
Hesabat ayında Hamina Kotkanın konteyner dövriyyəsi 56,1 min TEU-ya çatıb, noyabrda isə Helsinki limanından 47,5 min TEU keçib.
Rauma limanında noyabrda 17,6 min TEU işlənib.


