Kruiz gəmisi gövdəsindəki mikroorqanizmlərə görə limanlara buraxılmayıb
“Vikinq Orion” kruiz gəmisi gövdəsindəki mikroorqanizmlərə görə bir neçə limana buraxılmayıb. Məlumata görə, Adelaidaya getməzdən əvvəl Kraystçörç, Danedin və Hobartda laynerə gövdənin təmizlənməsi üçün dayanmağa icazə verilməyib.
“Seanews.az” xəbər verir ki, oraya çatmazdan əvvəl Avstraliya Milli Dəniz Koordinasiya Mərkəzi gəminin gövdəsində az miqdarda bio-kir - dəniz mikroorqanizmləri, bitkilər, yosunlar və ya kiçik heyvanlar olduğunu müəyyən edib. Bundan sonra səlahiyyətlilər “Viking Orion” gəmisinin agentinə Avstraliya sularına daxil olmazdan əvvəl gəminin gövdəsini təmizləməyi tapşırıblar.
Peşəkar dalğıclar Avstraliya sularından kənarda lövbərdə olarkən gövdəni təmizləmək üçün birbaşa gəmi sahibi tərəfindən işə cəlb edilib.
Gəminin göyərtəsində yüzlərlə sərnişin var.


