“Evergas” bütövlükdə “Seapeak” şirkətinin törəmə müəssisəsinə çevrilir
“Seapeak LLC” şirkəti “Greenship Gas Trust” və “Greenship Gas Manager Pte Ltd.”-ni və onların törəmə müəssisəsini (birlikdə “Evergas” adlandırılır) aldığını bildirib.
“Seanews.az”-ın məlumatına görə, “Seapeak”-in press-relizində belə deyilir.
Alqı-satqı nağd şəkildə həyata keçirilib. Aktivin dəyəri təxminən 700 milyon dollardır.
Sövdələşmə və rebrendinq başa çatdıqdan sonra “Evergas” şirkəti “Seapeak”-in bütövlükdə törəmə şirkəti olacaq.
“Seapeak” şirkəti LNG tankerlərinin ən böyük müstəqil sahiblərindən və operatorlarından biridir. 51 LNG daşıyıcısı (beş yeni gəmi də daxil olmaqla), 20 orta ölçülü qaz daşıyıcısı (iki yeni gəmi daxil olmaqla) və altı LNG daşıyıcısı ilə ilk növbədə qazın mayeləşdirilməsi xidmətləri göstərir. “Seapeak”-in bu gəmilərə sahibliyi 20%-dən 100%-ə qədərdir. Bundan əlavə, “Seapeak” LNG-nin yenidən qazlaşdırılması terminalında 30% paya malikdir.


