Ventspils limanına 1386 gəmi yan alıb
Latviyanın Ventspils limanının yük dövriyyəsi 2022-ci ildə əvvəlki illə müqayisədə 33% artaraq 14,7 milyon tona çatıb.
“Seanews.az”-ın məlumatına görə, aşırılan yüklərin 6,77 milyon tonu maye (+13%), 5,13 milyon tonu quru (artım 2,1 dəfə) və 2,83 milyon tonu ümumi yüklər (+7,4%) olub.
İl ərzində limana 1386 gəmi (+5,8%) yan alıb.
Venta çayının mənsəbinin yaxınlığında yerləşən Ventspils limanının 2021-ci ildə yük dövriyyəsi 11 milyon ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


