Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Yanpu limanında dəniz texnikası sınaqdan keçiriləcək

Dəniz mexanizmlərinin sınaqdan keçirilməsi üçün simulyator gələcəkdə onların real işə salınmasına kömək edəcək.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki,  Çinin cənubundakı Haynan əyalətinin hakimiyyət orqanları belə düşünürlər. Onlar Dançjou şəhərində yerləşən Yanpu limanında dəniz mexanizmlərini sınaqdan keçirmək niyyətində olduqlarını bəyan ediblər. Dançjou şəhərinin meri Zou Quanqın sözlərinə görə, bu mexanizmlər 2025-ci ilə qədər bütün əyalətdə fəaliyyət göstərəcək. Yanpu limanı əyalətin konteyner gəmilərinə xidmət göstərən əsas limanıdır. O, ticarət dövriyyəsinin təqribən 45%-ni təmin edir və xarici investisiyaların təxminən 20%-ni cəlb edir.

"Şəhərimiz Yanpu Limanı İqtisadi Zonasında xüsusi sahə yaradacaq. Bu, Hainanın gələcəkdə işə salmağı planlaşdırdığı dəniz texnikasının intensiv sınaqları üçün simulyator olacaq", - deyə Çin rəsmisi bildirib.

Zou Quanq, hökumətin gələcəkdə Haynan Azad Ticarət Limanının rəqabət qabiliyyətini artıracağına ümid etdiyi innovativ tədbirləri sınaqdan keçirəcəyini söyləyib. Transformasiya strategiyası beynəlxalq gəmilərin sadələşdirilmiş qeydiyyatını, onların rüsumsuz yanacaqla doldurulmasını, vergi güzəştlərinin tətbiqini və bir sıra mallar üzrə rüsumların ləğvini nəzərdə tutur. Bu və digər transsərhəd qarşılıqlı əlaqə mexanizmləri sınaqlardan keçirildikdən vəsonradan Haynan limanının fəaliyyət sisteminə daxil edildikdən sonra əyalətin iqtisadi əlaqələr şəbəkəsinin inkişafına töhfə verməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır