Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-05,
Seanews
Heyder Eliyev

Yelkənli “RO-RO” gəmisi Fransa, ABŞ və Kanada arasındakı marşrutlarda səfərlər edəcək

Fransanın “Neoline” şirkəti Türkiyənin “RMK Marine” gəmiqayırma zavodunda ilk yelkənli “RO-RO” gəmisinin tikintisinə başladığını bildirib.

“Seanews.az”-ın məlumatına görə, gəmi "Neoliner" adlandırılıb. Uzunluğu 136 metr olan gəmi 320 avtomobil və 265 konteyner daşıya biləcək.

Layihənin dəyəri 65 milyon dollar qiymətləndirilir. Layihəyə “CMA CGM” və Dövlət İnvestisiya Bankı da daxil olmaqla bir neçə şirkət maliyyə dəstəyi göstərir.

Xatırladaq ki, ilkin olaraq “Neoline” 2021-ci ilin yayında Fransanın “Neopolia Mobility” tərsanəsində ilk yelkənli “RO-RO” gəmisinin tikintisinə başlamağı planlaşdırmışdı, lakin sonradan layihəni təxirə saldı.

Gəminin 2024-cü ilin birinci yarısında suya buraxılması və 2025-ci ildə istismara verilməsi gözlənilir. O, Fransa, ABŞ və Kanada arasındakı marşrutlarda səfərlər edəcək.

İlk yükgöndərənlər artıq “Neoline” ilə müqavilə bağlayıblar. Bunlar fransız markalı çanta istehsalçısı “Longchamp”, şin istehsalçısı “Michelin”  və içki istehsalçısı “Jas Hennessy & Co” şirkətləridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır