Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

2030-cu ilə qədər maye qazla işləyən 4 min gəmi istifadəyə veriləcək

Dünyada mayeləşdirilmiş təbii qazla (LNG) işləyən yanacaq təchizatı gəmilərinin sayı ötən ilin sonunda 40 ədəd təşkil edib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, mayeləşdirilmiş təbii qazla işləyən gəmilər dünyanın 185 limanında yanacaq götürə bilir, halbuki bir il əvvəl yalnız 141 liman belə xidmət göstərirdi. “Clarksons” analitikləri hesablayıblar ki, 2030-cu ilə qədər bu cür imkanlar dünyanın daha 50 limanında peyda olacaq.

LNG yanacağının yüksək qiymətinə baxmayaraq, belə gəmilərə tələbat var. Sifariş verilən gəmilərin ümumi dedveytinin təxminən 20%-i iki yanacaqlı LNG-lərin payına düşür. Bu dinamikanı qiymətləndirən “DNV” Təsnifat Cəmiyyətinin mütəxəssisləri 2030-cu ilə qədər mayeləşdirilmiş qazla işləyən gəmilərin sayının 876 ədədə çatacağını proqnozlaşdırırlar. Bununla belə, mövcud artım tendensiyası davam edərsə, 2030-cu ilə qədər istismarda  LNG ilə işləyən 2000-4000 gəmi olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır