İşlənmiş buz sinifli tankerlər ucuzlaşmayıb
Buz sinifli tankerlərin təkrar bazarda qiyməti hələ də aşağı düşməyib.
“Seanews.az”-ın məlumatına görə, məsələn, yunan operatoru “Thenamaris” 2006-cı ildə inşa edilmiş, dedveyti 117.000 olan “Seamagic 1A” buz sinfi tankerini 45-47 milyon dollara satır. 2004-cü ildə inşa edilən dedveyti 115.000 olan “Seatrust” tankeri keçən ilin noyabr ayında “Seamagic 1A”-in qiymətdən 11 milyon dollar aşağı satılıb.
“Tenamaris” qeyd edir ki, 2022-ci ilin yayından bəri 15 gəmini yüksək qiymətə sataraq, işlənmiş tankerlərin dəyişən qiymət dinamikasından yaxşı yararlanıb.
“Splash”-a görə, buz sinfinə aid işlənmiş tankerlər indi yaxşı, orta ölçülü tankerlər isə daha baha qiymətə satılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır