Dalyan limanı pandemiyadan əvvəlki iş rejiminə qayıdıb
Çinin şimal-şərqindəki ən mühüm limanlarından olan Dalyan səlahiyyətlilərin virusun qlobal yayılmasının başlanğıcında tətbiq etdiyi COVID-19 pandemiyası ilə əlaqədar sanksiyaları ləğv edib. Məhdudiyyətlər idxal olunan məhsullara tətbiq edilib.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Dalyan limanı pandemiyadan əvvəlki iş rejiminə qayıdıb və məhsulların idxalı artıq normal qaydada həyata keçirilir.
Bundan əlavə, Çin tərəfindən məhsulun turşulara görə sınaqdan keçirilməsi, daşınma və satış zamanı dezinfeksiya üçün sertifikatlar da tələb olunmur.
Dalyan limanından başqa, Çinin Sindao limanında da sertifikat tələbi ləğv edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


