Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-24,
Seanews
Heyder Eliyev

“MSC” təkrar bazarda konteyner gəmiləri alır

“MSC” təkrar bazardan konteyner gəmiləri almağa və yenilərini sifariş etməyə davam edir.

“Seanews.az”-ın məlumatına görə, şirkət bu yaxınlarda 25 yaşlı məşhur “Sovereign Maersk” konteyner gəmisinin alınmasını başa çatdırıb.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, 2016-cı ildə “Maersk” onu Yaponiyanın “MC Shipping” şirkətinə satıb və sonra icarəyə götürüb. 1997-ci ildə istismara verilən zaman “Sovereign Maersk” dünyanın ən böyük konteyner gəmilərindən biri və 8,2 min TEU-nu keçən ilk gəmi olub. 2012-ci ildə modernləşdirmədən sonra gəminin tutumu 9,6 min TEU-ya çatdırılıb.

“MSC” şirkətinin "MSC Domna X" adlandırılacaq konteyner gəmisiı Asiya-Cənubi Amerika marşrutunda üzəcək.

“2020-ci ilin avqust ayından “MSC” ümumi tutumu 1,1 milyon TEU olan 271 konteyner gəmisi alıb. Bu dövrdə yeni konteyner gəmiləri sifariş etməyi də unutmayıb.

“MSC” bu yaxınlarda Çinin “Zhoushan Changhong International” gəmiqayırma zavodunda 11,4 min TEU tutumlu on konteyner gəmisinin tikintisini sifariş verib və bununla da onun üçün inşa edələcək konteyner gəmilərinin sayını134-ə çatdırıb.

İşlənmiş konteyner gəmilərinin satın alınması isə “MSC”-ni tutum reytinqində lider edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır