Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Norveçdə limanları Rusiya balıqçı gəmilərinin üzünə bağlamağı tələb edirlər

Norveçdə üç limanın - Kirkenes, Tromso və Botsfordun Rusiya balıqçı gəmilərinin üzünə  bağlanılmasının vacibliyi barədə çağırışlar eşidilir.

Norveçli siyasətçi Ola Elvestuen deyib ki, şəxsən o, "Norveçin Norveç limanlarında Rusiyanın ticarət fəaliyyətlnin asanlaşdırması üçün heç bir səbəb görmür". O, hesab edir ki, Norveç hakimiyyəti Rusiya gəmiləri üçün açıq qalan üç limanı bağlamalıdır, əks halda ölkə “Rusiya biznesi üçün balıqların boşaldılmasını və gələcəkdə satılmasını asanlaşdırmağa davam edəcək”.

Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Petersson qeyd edib ki, Avropa İttifaqının (Aİ) sanksiyalarında Rusiya balıqlarının idxalına qadağa yoxdur. O vurğulayıb ki, Norveç limanlarında boşaldılan balıqların əhəmiyyətli hissəsi daha sonra digər Aİ ölkələrinə ixrac edilir və Norveç biznesi də gəlirin bir hissəsini alır.

Petersson qeyd edib ki, Norveçdə  Rusiyanın balıqçı gəmiləri üçün limanların bağlanmasından söhbət getmir, "lakin lazım gələrsə, əlavə tədbirlər görəcəyik".

Norveçli siyasətçilər ötən ilin martından Rusiya balıqçı gəmiləri üçün limanların bağlanmasının tərəfdarıdırlar və belə hesab edirlər ki, krallıq bununla Rusiyaya qarşı sanksiyaların təzyiqini zəiflədir.

Rusiyalı ekspertlər isə xəbərdarlıq ediblər ki, indi Rusiya və Norveç balıq ehtiyatlarını birgə idarə edir və kvota sistemini tətbiq ediblər. Rusiya gəmilərinin Norveç sularında balıq tutmaq imkanı var. Norveçin Rusiya gəmilərinə mümkün qadağası iki ölkə arasında balıqçılıq sahəsində əməkdaşlığa son dərəcə mənfi təsir göstərə, Barents və Norveç dənizlərinin resurslarını təhlükə altına qoya bilər.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır