Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

“MSC” son dörd ildə ilk dəfə konteyner gəmisini təkrar emala göndərib

“MSC” gəmiçilik şirkəti dörd il ərzində ilk dəfə konteyner gəmisini təkrar emala göndərib. 1986-cı ildə inşa edilmiş, 1,9 min TEU tutumlu “MSC Floriana” konteyner gəmisi metal qırıntısı kimi doğranmaq üçün  4,56 milyon dollara satılıb. Gəmi Hindistanın “Alanqda” gəmiqayırma zavodunda sökülür. "MSC Floriana" Aralıq dənizində daxili xidmətlərə cəlb edilirdi.

“MSC” 1994-cü ildə “MSC Floriana”-nı 25 milyon dollara satın almışdı. 2019-cu ilin dekabrında daşıyıcı gəmini “Niki Shipping” şirkətinə satdı və sonra onu icarəyə götürdü. 2021-ci ilin payızında yüksək yük tarifləri fonunda “MSC” gəmini “Niki Shipping”-dən aldı.

“The Loadstar”-ın məlumatına görə, “MSC” sonuncu dəfə konteyner gəmilərini təkrar emal üçün 2019-cu ildə satıb. Sonra 1990-cı ildə tikilmiş 1,7 min TEU tutumlu “MSC Ronit” və 1989-cu ildə tikilmiş 2,5 min TEU tutumlu “MSC Mirella” doğranmağa verilib.

“Bu ilin əvvəlindən indiyədək 13 konteyner gəmisi metal qırıntısı kimi satılıb. Lakin bu, bazarda tələb və təklifi bərpa etmək üçün kifayət deyil. Donanmanın ölçüsünə əhəmiyyətli dərəcədə təsir etmək üçün köhnə gəmilərin doğanma həcmi artmalıdır”, - deyə analitiklər “Linerlytica”-dan sitat gətirirlər.

Həmçinin bu ilin yanvar-fevral aylarında “Maersk”, “Evergreen”, “Straits Orient”, “Shreyas”, eləcə də “Wan Hai” konteyner gəmilərini təkrar emala göndərib.

Yanvar 2022-ci ilin iyulundan bəri təkrar emal bazarı üçün ən işlək ay olub. Doğranmaq üçün satılan bütün konteyner gəmiləri 90-cı illərdə tikilib.

Siyahıdan silinmiş gəmilərin əsas alıcısı olan “Global Marketing Systems” qeyd edir ki, daha çox fider konteyner gəmiləri doğranmağa verilir. Banqladeş və Pakistandakı iqtisadi böhran səbəbindən gəmi sahibləri Hindistanın gəmi doğranması meydançalarını seçirlər.

“Drewry” bu il ümumi tutumu 600 000 TEU-ya qədər olan konteyner gəmilərinin ləğv oluna biləcəyini proqnozlaşdırır. Bu, rekord səviyyədir. Bununla belə, tələbat azalır və bu il yeni konteyner gəmilərinin tədarükü o qədər yüksəkdir ki, bazar çətin ki, artıq tutumun qarşısını ala bilsin.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır