Niderland LNG terminallarının perspektivli layihələrindən birini qeyri-mümkün elan edib
Niderlandın “Gasunie” milli qaz ötürmə operatoru Zelandiya əyalətinin Terneuzen limanında mayeləşdirilmiş təbii qazın qəbulu üçün perspektivli terminalın layihəsinin hazırlanması üzrə işləri dayandırıb. Bu barədə “İnterfaks” məlumat yayıb.
“Vopak” şirkəti ilə birgə hazırlanan texniki-iqtisadi əsaslandırma göstərdi ki, bu limanda yeni üzən qəbuledici terminalını qısa müddətdə tikmək mümkün deyil. Müvəqqəti qəbuledici obyektlərin məhdud müddətə yaradılması məqsədinin texniki və kommersiya baxımından qeyri-mümkün olduğu ortaya çıxıb.
Bunun əvəzinə, mövcud terminalların – “Gate” və “EemsEnergyTerminal”-ın tutumunu artırmaqla LNG idxal imkanlarını artırmaq üçün alternativ variantlar araşdırılır. Birinci mərhələdə dördüncü maye qaz çəninin tikintisi, ikinci mərhələdə - ötürmə qabiliyyətini əvvəlcə ildə 9 milyarda, sonra isə 10 milyard kubmetrə çatdırmaq üçün proseslərin texniki optimallaşdırılması tədbirləri müzakirə olunur.
2021-ci ildə Niderlandda qaz istehlakı 35,1 milyard kubmetr təşkil edib ki, bunun da 13,15 mlrd. kubmetri boru kəməri həcmləri və Rusiya Federasiyasından LNG ilə təmin edilib.
2022-ci ildə ölkə Rusiya qazı üçün ödənişin yeni formasından - ödənilən vəsaitlərin rubla məcburi konvertasiyası ilə imtina etmək qərarına gəlib. “GasTerra B.V.”-yə çatdırılma may ayında dayandırııb.
“Seanews.az”


