“Kpler” qlobal gəmi izləmə məlumatları və dəniz araşdırmaları təminatçısı olan şirkətləri satın alıb
Fransanın əmtəə bazarı ilə bağlı məlumat şirkəti “Kpler”, qlobal gəmi izləmə məlumatları və dəniz araşdırmaları təminatçısı olan “Marine Traffic” və “FleetMon” şirkətlərini satın alıb.
Bu barədə “Kpler”-in mətbuat xidməti məlumat yayıb.
Şirkət daha əvvəl “Marine Traffic-in FleetMon”-u alıbmış. 2007-ci ildə yaradılmış “Marine Traffic” (Yunanıstan) gəmilərin yeri və hərəkəti haqqında məlumat verir. “FleetMon” (Almaniya) tədarük zəncirinin sonunda yerləşən sənaye müəssisələri də daxil olmaqla korporasiyalara AIS məlumatlarını təqdim edir.
“Belə aktivlərin əldə edilməsi yeni rəqəmsal alətlərə tələbatın, eləcə də dənizlə tədarük zəncirində qlobal problemlərin artdığı bir vaxta təsadüf edir. Biz hesab edirik ki, əmtəə və dəniz analitikasını vahid platformada birləşdirməyin vaxtı çatıb. Bu, təqdim etdiyimiz məlumat və xidmətləri təkmilləşdirəcək və dənizçilik sahəsində daha çox innovasiyaya təkan verəcək”, - deyə “Kpler”-in açıqlamasında bildirilir.
2022-ci ildə Fransa şirkəti “Five Arrows” və “Insight Partners” özəl kapital şirkətlərindən 200 milyon dollardan çox maliyyə vəsaiti alıb. Son 18 ay ərzində “Kpler” beş aktiv əldə edib.
“Seanews.az”


