ADDA-nın şəhid məzunu Mirsəfa Rzayevin doğum günü qeyd olunub
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunu Rzayev Mirsəfa Mircəlal oğlunun doğum günü qeyd olunub.
ADDA-nın əməkdaşları və tələbələri, şəhidin ailə üzvləri, qazilər, veteranlar, iş yoldaşları və yaxınları qəhrəmanın məzarını ziyarət edərək gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Xatirə günündə şəhidimizin Akademiyadakı tələbəlik illərindən, döyüş yolundan, vətənpərvərliyindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi igidlikdən danışılıb.
Mirsəfa Rzayev 2020-ci il oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.




