Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Yeni konteynerdaşıyan xeyriyyəçiliyi ilə tanınan gəmiçilik maqnatının şərəfinə “Sammi Ofer” adlandırılıb

Koreyanın “Samsung Heavy Industries “gəmiqayırma zavodunda “Seaspan” şirkəti tərəfindən sifariş edilmiş və “ZİM”-ə uzunmüddətli çarter müqaviləsi çərçivəsində təhvil verilmiş 15 000 TEU həcmində LNG ilə işləyən on konteyner gəmisindən birincisinə adqoyma mərasimi keçirilib.

“ZİM”-dən “SeaNews”-a bildirib ki, gəmi İsrail gəmiçilik maqnatı, xeyriyyəçiliyi ilə tanınan milyarder Sammi Oferin şərəfinə “Sammi Ofer” adlandırılıb.

Konteynerdaşıyanın uzunluğu 366 metr, eni 51 metr, maksimal sürəti 22,5 düyündür. Gəmi iki yanacaqlı mühərriklə təchiz edilib, xüsusi dizayna və unikal ön hissəyə malikdir.

"Sammy Ofer" gəmisindən “ZIM Container Service Pacific” “(ZCP”) xidmətində Asiya - ABŞ-ın şərq sahili marşrutunda istifadə olunacaq. Konteynerdaşıyan ilk səfərə aprelin 30-da Hayfa limanından çıxacaq.

Xatırladaq ki, “ZİM” düz bir il əvvəl “Seaspan” şirkəti ilə 10 LNG ilə işləyən konteyner gəmisinin uzunmüddətli çarterinə dair strateji müqavilə imzalamışdı. Gəmilərin 2024-cü ilin yanvar ayına qədər mərhələli şəkildə çatdırılması nəzərdə tutulur.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır