Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Dəniz Nəqliyyat Donanmasında terror-təxribat hallarına qarşı sayıqlığın artırılması məqsədilə tədbir keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasında (DND) terror-təxribat hallarına qarşı mübarizədə sayıqlığın artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin təşkil etdiyi tədbirdə İdarənin əməkdaşları ilə yanaşı, ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin aparıcı mütəxəssisi Əfqan Abbasov, DND rəisinin birinci müavini Elman Cavadov və İdarənin digər rəhbər şəxsləri iştirak ediblər.

DİN Su Nəqliyyatında Polis İdarəsinin xidmət rəisinin müavini polis polkovniki Araz Yusifli  cəmiyyət üçün böyük təhlükə doğuran terror hadisələrinin son vaxtlar geniş vüsət aldığını vurğulayıb.

O, terrorçuluqla mübarizədə hər bir vətəndaşımızın ayıq-sayıq olması, ölkənin hər bir idarə, müəssisə və təşkilatlarında  terrorçuluğa qarşı mübarizədə düzgün, davamlı və sistemli işlərin aparılmasının vacibliyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

DND rəhbərliyi terror-təxribat hallarına qarşı mübarizədə sayıqlığın artırılması məqsədilə DİN tərəfindən aparılan maarifləndirmə işlərinin xüsusi əhəmiyyət daşıdığını bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır