Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

2023-cü ilin birinci rübündə konteyner daşıma həcmləri əhəmiyyətli dərəcədə azalacaq

Almaniyanın ən böyük liman, nəqliyyat və logistika şirkəti olan “Hamburger Hafen und Logistik AG”-nin (“HHLA”) 2022-ci il üçün konteyner dövriyyəsi 7,9% azalaraq 6,4 milyon TEU təşkil edib. İl ərzində gəlir 7,7% artaraq 1,58 milyard avroya çatıb.

“HHLA” qrupunda 2023-cü ilin birinci rübündə konteyner daşıma həcmlərinin əhəmiyyətli dərəcədə azalacağını düşünürlər. İkinci rübdən başlayaraq vəziyyətin yaxşılaşacağı ehtimalı var.

“Hamburger Hafen und Logistik AG” şirkətinin Hamburq, Odessada terminalları var. “HHLA” gəmi, dəmir yolu və avtomobil yolu ilə multimodal daşımaların köməyi ilə qurulmuş və inkişaf etmiş logistika zəncirinə malikdir. Qrupun Hamburqdakı üç terminalında Asiyadan Mərkəzi və Şərqi Avropaya daşınan yüklər işlənir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır