Gəminin adını da dəyişdiriblər, təyinatını da
“FureBear” (“Furetank” və “Algoma”nın birgə müəssisəsi) “Larsson Shipping” şirkəti ilə ərzaq məhsulları daşıyan “Algoma Algonorth” tankerini alıb. 2008-ci ildə inşa edilən tanker Kanadadan gəlib.
“Seanews.az”-ın məlumatına görə, yeni sahibləri gəminin təkcə adını yox, təyinatını da dəyişdiriblər. "Fure Skagen" adlandıran gəmi Şimali Avropa marşrutları üzrə neft məhsulları daşıyacaq.
Dedveyti 16 958 ton olan iki gövdəli “Fure Skagen” neft tankeri ümumi tutumu 19,5 min kubmetr olan 12 yük çəninə malikdir. Gövdəsi buz sinfinə uyğun tikilib və Şimali Avropada intensiv istifadə üçün əlverişlidir.
Farer adalarının bayrağını dalğalandıracaq tankeri “Gothia” alyansına daxil olan “Furetank Chartering” istismar edəcək.
“Furetank” (qərargahı Dons, Göteborq arxipelaqı) Şimali Avropada orta buz sinifli ərzaq məhsulları daşıyan tankerlər seqmentində lider olan İsveç ailəsinə məxsus gəmiçilik şirkətidir. 1950-ci illərin əvvəllərindən tanker daşımaları ilə məşğuldur. “Furetank”-ın öz donanmasına doqquz gəmi daxildir. Şirkət Avropa marşrutları üzrə fəaliyyət göstərən 40 kiçik və orta ölçülü məhsul daşıyıcılarını idarə edən “Gothia Tanker Alliance”-nin təsisçilərindən biridir.


